VSK Sığorta Evinin Gazeta.Ru-ya təqdim etdiyi araşdırmaya görə, Rusiyada 2023-cü ilin ilk doqquz ayında avtomobil oğruları arasında ən çox Hyundai, Kia və Mitsubishi avtomobilləri məşhur olub.
“2023-cü ilin 9 ayının nəticələrinə əsasən, Hyundai brendi Rusiyada avtomobil oğruları arasında ən populyar olub və ümumi oğurluqların 31%-ni təşkil edib. Antireytinqə həmçinin Kia (24%) və Mitsubishi (7%) daxildir. Eyni zamanda, oğrular arasında ən populyar model Kia K5 (14% hallarda), həmçinin Hyundai Palisade və Hyundai Santa Fe krossoverləri olub. Premium avtomobil seqmentində Genesis G80 və Mercedes-Benz GLE-Class ən çox oğurlanırdı. Çin avtomobilləri arasında Chery Tiggo oğurluqda liderdir”, - sığorta hadisələrinin təhlilinə əsaslanan araşdırmada qeyd olunur.
Qeyd olunur ki, bu ilin üçüncü rübündə ölkədə baş verən bütün oğurluqların 45%-i Moskvanın payına düşüb. İlk üçlüyə həmçinin Moskva vilayəti və Samara vilayəti (hər biri 10%) daxil olub. Bu il avtomobil oğrularının ən çox qurbanı korporativ parklar olub.///Gazeta.Ru