Pakistanda mərmi partlayıb - 5 uşaq, iki qadın ölüb

18:46 - 27 Sentyabr 2023 - DÜNYA

Pakistanda Sind əyalətinin cənub-şərqində tank əleyhinə qumbaraatan mərmisinin partlaması nəticəsində 9 nəfər həlak olub.

Ucnoqta.az xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Kaşmor rayonundakı kəndlərdən birində baş verib. Ölənlər arasında beş uşaq və iki qadın var. Ölənlərin hamısı eyni ailədən olub. 

Daha əvvəl səkkiz nəfərin ölüm xəbəri verilmişdi.

Hadisə şahidlərinin sözlərinə görə, uşaqlar tarlada tapdıqları sursatı evə gətirib oynayıblar. Partlayış nəticəsində 8 nəfər yerindəcə həlak olub, bir nəfər isə ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Xəbər xətti