Bakıda yanğın olub

18:17 - 27 Sentyabr 2023 - HADİSƏ

Sabunçuda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı ərazidə 5 kvadratmetr sahədə yığılan karton tullantıları və yaxınlıqda ümumi sahəsi 50 kvadratmetr olan birmərtəbəli yarım tikilinin dam örtüyünün taxta atmaları 10 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 200 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində eyvanın lambirdən ibarət tavanı 30 kvadratmetr sahədə əriyib. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti