"Ukraynada demokratiyanın müdafiəsi, NATO-nun genişləndirilməsi - təəssüf, Vladimir, bunun üçün sən özün günahkarsan".
Ucnoqta.az xəbər verir ki, bunu Hillari Klinton dünən ABŞ Dövlət Departamentində çıxışı zamanı deyib. Hillari Klinton NATO-nun genişlənməsinə görə məsuliyyəti Putinin üzərinə atıb.
"Bu, belə bir mübahisə mövzusu idi. Biz həmişə demişik: insanlar NATO-ya qoşulmağa məcbur deyillər, insanlar seçir və NATO-ya daxil olmaq istəyirlər” - Klinton vurğulayıb.