Qırğızıstanda KTMT-nin sülhməramlı təlimləri keçiriləcək

14:59 - 27 Sentyabr 2023 - Xəbər

2023-cü il oktyabrın 9-dan 13-dək Qırğızıstan ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlı bölmələrinin “Sarsılmaz Qardaşlıq” adlı birgə təlimləri keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov və KTMT Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov arasında Bişkekdə keçirilən görüşdə bildirilib.

"Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Anatoli Sidorov ilə görüşüb. Görüş zamanı KTMT-nin sülhməramlı qüvvələri ilə birgə "Sarsılmaz" təlimlərinin hazırlanması və keçirilməsi məsələləri müzakirə edilib. Bu il oktyabrın 9-dan 13-dək olan müddətdə Qırğız Respublikası ərazisində keçiriləcək Qardaşlıq-2023”, - Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəbər xətti