ABŞ və Aİ Ermənistanı KTMT-dən çıxmağa sövq edir - Zaxarova

14:17 - 27 Sentyabr 2023 - DÜNYA

Vaşinqton və Brüssel də İrəvanı NATO ilə əməkdaşlığı sürətləndirməyə inandırırlar.

Ucnoqta.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib. Məlumata görə, Vaşinqton və Brüssel İrəvana təsir edir ki, Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərar qəbul etsin,

“Daxil olan məlumatlara görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini Qarabağın hüquqlarını və təhlükəsizliyini nəzərə almadan erməniləri KTMT-dən çıxmağa, NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlıq proqramını yenidən istiqamətləndirməyə və Azərbaycanla sülh müqaviləsi imzalamağa inandırır”, - diplomat bildirib.

Xəbər xətti