Bərdədə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

16:43 - 26 Sentyabr 2023 - Xəbər

Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə rayonu keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə qeydə alınıb. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Hadisə nəticəsində ev sahibi və arvadı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti