İranda dörd nəfərə ölüm hökmü çıxarılıb - spirtli içki istehsalına görə ...

13:25 - 26 Sentyabr 2023 - DÜNYA

İran məhkəməsi saxta spirt istehsalı ilə bağlı iş üzrə dörd müttəhimə ölüm hökmü çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının məhkəmə hakimiyyətinin nümayəndəsi bildirib.

Məlumata görə, Əlborz əyalətində spirtli içkilərin istehsalı və paylanması işi üzrə dörd müttəhim edam cəzasına məhkum edilib.

İyun ayında saxta alkoqoldan kütləvi zəhərlənmə nəticəsində 17 İran vətəndaşı ölüb, daha 191 nəfər isə kor olub.

Xəbər xətti