Kolumbiyada futbol klubunun rəhbəri güllələndi

13:00 - 26 Sentyabr 2023 - HADİSƏ

Kolumbiyada "Tiqres" futbol klubunun rəhbəri komandasının məğlubiyyətindən sonra güllələnib

Ucnoqta.az xəbər verir ki, bu barədə klub X-də yazıb. Bildirilir ki, "Tiqres" klubunun prezidenti Edqar Paez şənbə günü Kolumbiya futbol çempionatının ikinci divizionunun 13-cü tur matçında komandanın məğlubiyyətindən sonra vətənə qayıdarkən güllələnib. Tiqres həmin gün “Atletiko” ilə görüşdə 2:3 hesabı ilə uduzub.

63 yaşlı Paes qızı ilə avtomobildə gedərkən motosikldə olan iki naməlum şəxs yaxınlaşaraq klub prezidentinə bir neçə dəfə atəş açıb. Güllələr Paesin sinəsinə, boynuna və başına dəyib. O, xəstəxanaya aparılıb və orada ölüb.

Xəbər xətti