Ərdoğan Naxçıvanda Hüseyn Cavidin şeirini səsləndirdi

17:26 - 25 Sentyabr 2023 - Xəbər

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasında səfərdədir.

“Qafqazinfo”nun məlumatına görə, iki ölkə arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Türkiyə lideri tədbirdə dahi Azərbaycan şairi Hüseyn Cavidin “Dəniz tamaşası” şeirindən misraları səsləndirib və qeyd edib ki, şairin bir əsr öncə etdiyi duanın qəbul olunmasının bəxtiyarlığını yaşayırıq: 

“Hər bəladan əsirgə yurdumuzu,

Kamran eylə şanlı ordumuzu!”

Xəbər xətti