Brüsseldə Ermənistan və Azərbaycan nümayəndələri görüşəcək

16:25 - 25 Sentyabr 2023 - SİYASƏT

Avropa İttifaqı regiondakı vəziyyəti müzakirə etmək və gələn həftə İspaniyanın Qranada şəhərində iki ölkə liderlərinin mümkün görüşünə hazırlaşmaq üçün Ermənistan, Azərbaycan, eləcə də Almaniya və Fransa nümayəndələri ilə Brüsseldə görüşəcək.

Ucnoqta.az xəbər verri ki, bu barədə TASS Aİ-nin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

"Təsdiq edə bilərəm ki, bizim baş diplomatiya müşaviri Saymon Mordu Ermənistan, Azərbaycan, Fransa və Almaniyadan olan yüksək səviyyəli diplomatlar və Aİ-nin region üzrə xüsusi nümayəndəsi ilə görüşəcək. Bu, mövcud vəziyyəti qiymətləndirmək və mümkün görüşə hazırlamaq üçündür" - məlumatda bildirilir.

Xəbər xətti