Ukrayna və ABŞ enerji sisteminin gücləndirilməsi üçün 522 milyon dollar dəyərində memorandum imzalayıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Kiyev və Vaşinqton Ukraynanın enerji sisteminin sabitliyini təmin etmək üçün əməkdaşlığa dair anlaşma memorandumu, o cümlədən onun gücləndirilməsinə 522 milyon dollar ayırıb.
Razılaşma Ukraynanın kritik infrastrukturunun bərpasını, enerji sektorunda islahatların aparılmasını və Ukraynanın rəqabətədavamlı və Aİ ilə inteqrasiya olunmuş enerji iqtisadiyyatına keçidini asanlaşdırır.