Bağçalara müdir vəzifəsinə işə qəbulun nəticələri açıqlandı

19:25 - 19 Sentyabr 2023 - Cəmiyyət

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Təhsil İnstitutundan xəbər verilib.

Qeyd edilib ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.

Xəbər xətti