Çinin keçmiş xarici işlər naziri ABŞ-da nikahdankənar əlaqəyə girdiyi üçün işdən çıxarılıb

14:06 - 19 Sentyabr 2023 - Xəbər

Çinin keçmiş xarici işlər naziri ABŞ-da nikahdankənar əlaqəyə girdiyi üçün işdən çıxarılıb

Ucnoqta.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.

Bəzi məlumatlı mənbələrə istinad edən qəzetin yazdığına görə, Çin Kommunist Partiyasının müvafiq qurumları tərəfindən aparılan daxili audit nəticəsində məlum olub ki, Qin Qanq hələ Çinin ABŞ-dakı səfiri vəzifəsində işləyərkən orada nikahdankənar münasibət qurub və hətta ata olub.

Qin Qang 2022-ci il dekabrın 30-da Çin Xarici İşlər Nazirliyinin rəhbəri olub və 25 iyul 2023-cü ildə vəzifəsini tərk edib.

Xəbər xətti