Cənubi Koreya Ukraynaya hərbi texnika göndərəcək

11:50 - 19 Sentyabr 2023 - DÜNYA

Cənubi Koreya mina sahələrini təmizləmək üçün Ukraynaya iki K600 Rhino minaaxtaran texnika göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Çosun İlbo” qəzeti məlumat yayıb.

“Hökumət bu yaxınlarda Ukraynaya daha əvvəl təhvil verilmiş köhnə mina detektorları partiyasına əlavə olaraq iki minaaxtaran texnika göndərmək qərarına gəlib”, - hökumətdəki mənbə qəzetə bildirib.

Qeyd olunur ki, tədarük edilən texnika öldürücü silah deyil. Bu, Seulun Kiyevə verdiyi ən mühüm hərbi dəstəkdir.

Xəbər xətti