Rusiya ordusu Ukraynaya 30 PUA ilə hücum edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, düşmən cənub-şərqdən 30 kamikadze pilotsuz uçan aparatı və işğal altındakı Krım ərazisindən Krivoy Roq istiqamətində bir “İsgəndər-M” ballistik raketi buraxıb.
İran istehsalı olan 27 “Şahed” PUA məhv edilib. Şərq istiqamətində kəşfiyyat PUA-sı da vurulub.