Gürcüstan və Peru vizasız rejim haqqında saziş imzalayıb

10:44 - 19 Sentyabr 2023 - DÜNYA

Gürcüstan və Perunun xarici işlər nazirləri İlya Darçiaşvili və Ana Sesiliya Gervasi Diaz iki ölkə arasında vizasız rejim haqqında saziş imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sənə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində nazirlərin görüşü zamanı imzalanıb. Darçiaşvili və Gervasi Dias ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı yüksək səviyyəli səfərlərin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini müzakirə ediblər. Darçiaşvili Latın Amerikası ölkələri ilə əməkdaşlığın Gürcüstan üçün vacib olduğunu vurğulayıb. 

Xəbər xətti