ANAMA-nın avtobusu Laçında qəzaya düşüb - Xəsarət alanlar var

14:57 - 16 Sentyabr 2023 - HADİSƏ

Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 16 sentyabr tarixində Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.

Xəbər xətti