Məkkədə güclü fırtına olub - VİDEO

12:20 - 23 Avqust 2023 - DÜNYA

Səudiyyə Ərəbistanında 80 km/saatdan çox sürətlə əsən külək Məkkəyə çatıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Milli Meteorologiya Mərkəzinin sözçüsü Hüseyn əl-Qahtani X-də yazıb. Güclü külək insanları yerə yıxıb və ağır metal konstruksiyaları aşırıb.
"Müqəddəs paytaxtı vuran küləyin sürəti 80 km/saatı ötüb", -o. qeyd edib.

Yerli medianın paylaşdığı videogörüntülərdə Səudiyyə Ərəbistanı vətəndaşları və əcnəbi zəvvarların tufan zamanı güclü küləyin əsdiyi görünür. Qasırğa həmçinin reklam lövhələrini, metal konstruksiyaları və zibil qutularını dağıdıb.
Əlverişsiz hava şəraiti fonunda Məkkə əyalətinin rəsmiləri sosial şəbəkələrdə öz növbəsində krallığın məktəb, kollec və universitetlərində dərslərin distant formata keçirildiyini elan ediblər.

Xəbər xətti