Kişilərə qadın iç geyimləri, transparan büsqalter, ... - "Trendyol"un reklamı tənqid olundu

09:04 - 10 İyun 2023 - Xəbər

Artıq bir müddətdir ki, Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” Azərbaycanda elektron ticarət xidmətlər göstərməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, şirkətin sosial şəbəkə üzərindən reklamları istifadəçilərin müzakirələrinə səbəb olub. Bu barədə texnobloqer Fərid Pərdəşünas bildirir ki, Trendyol Azərbaycan bazarına “Facebook”da qadın bədəni üzərindən qurulan reklamlarla giriş edib: 

"Bu barədə sosial mediada istifadəçilər paylaşımlar edib. Əvvəl düşündüm ki, bu “retargeting”dir. Lakin sosial media paylaşımlarının çoxluğu göstərir ki, “Trendyol” qadın bədəninin əzaları üzərində reklam strategiyası qurub. Kişilərə qadın iç geyimləri, transparan büsqalter, “fantazi” iç geyimləri göstərməklə diqqət çəkməyə çalışır. Əgər şirkət belə strategiya ilə bizim bazara giriş edirsə, özünü hörmətdən salır".

Əksər "Facebook" istifadəçiləri də "Trendyol"un belə qadın alt geyimləri reklamları ilə qarşılaşdıqlarını bildirirərək tənqid ediblər.


Xəbər xətti