Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü 9 saat davam edib

14:58 - 9 İyun 2023 - SİYASƏT

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sonuncu görüşü 9 saat davam edib.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib

Overçuk qeyd edib ki, onun nəticələrinə görə, əsas məqamlar - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var:

“Bu, adi bir dəmir yolu olacaq. Heç kim heç bir şəkildə Ermənistanın suverenliyini şübhə altına almır. Və hər tərəfdən blokun açılması prosesinə mümkün qədər tez başlamaq üçün bir əhval-ruhiyyə var" - o, əlavə edib.

Xəbər xətti