Dövlətimizdə müharibə başa çatana qədər Ukrayna ərazisində NATO-ya üzv ölkələrin qoşunları olmayacaq.
Ucnoqta.az xəbər verir ki, bunu xarici işlər naziri Dmitri Kuleba deyib.
XİN rəhbəri bildirib ki, Ukrayna xarici qoşunların yeridilməsi xahişi ilə deyil, silahla təmin olunmasını tələb edir ki, biz özümüz torpaqlarımızı azad edək.
"Ukrayna ərazisində silahlı münaqişə bitənə qədər xarici dövlətlər bizim dövlətin ərazisinə öz qoşunlarını göndərməyəcək. Üstəlik, biz bunu tələb etmirik. Deyirik, silah verin, onlarla özümüz döyüşərik. ", - Kuleba qeyd edib.
O əlavə edib ki, Ukrayna NATO-ya daxil olduqdan sonra bizim hərbçilər özləri müdafiə üçün Alyansın digər ölkələrində yerləşdiriləcək.