Avtobus qəzalarında yaralananlara hansı halda ödəniş edilə bilər?

13:00 - 2 İyun 2023 - Cəmiyyət

Fərdi qəza sığortası olmayan avtobusların texniki baxışa buraxılmaması ilə bağlı Nazirlər Kabinetinin Qərarına edilən dəyişikliklərdən sonra sərnişinlərin fərdi qəza sığortasına nəzarət gücləndirilib. Bəs şəhərlərarası avtobuslarda qəza zamanı xəsarət alan sərnişinlərin sığortası kim tərəfindən və necə ödənilir? Ödəniş məbləği nə qədərdir?

Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Qafqazinfo”ya açıqlama verib.

Ekspert bildirib ki, sığorta mövzusu son illərin ən aktual mövzularından biridir: “Sərnişinlərə dəfələrlə rayonlara səfərləri avtovağzaldan avtovağzala həyata keçirmələri tövsiyə edilir. Çünki avtovağzaldan çıxan avtobuslar və sürücülər reysqabağı müayinədən keçirilir. Bu da qəzaların başvermə riskinə təsir göstərir. Həmçinin sərnişinlər rəsmi bilet aldığına görə artıq fərdi qaydada sığortalanmış sayılır. Fərdi qəza sığortası ilə ödənişləri sürücülər edir. Bu yaxınlarda qanuna edilən dəyişikliyə əsasən sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışa təqdim olunan zaman onların onlayn qaydada fərdi qəza sığortası da həyata keçirilməlidir”.

Ətraflı

Ad - 00:01

Avtobuslarda sığorta haqları və ödənişləri barədə danışan sığorta üzrə ekspert İlkin İbrahimov isə qeyd edib ki, bu məbləğ bir yer üzrə 6 manat nəzərdə tutulub: “Maksimal sığorta ödənişi isə 5 min manatdır. Belə ki, yüngül xəsarət zamanı 750 manat, az ağır 1500 manat, ağır, yaxud xəsarət iki il ərzində əlillik dərəcəsinə keçirsə 3000 manat, ölüm halında 5000 manat sığorta kompensasiyası nəzərdə tutulur. Əgər qəza zamanı sərnişin dünyasını dəyişərsə, 5000 manat onun varislərinə verilir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində fərdi qəza sığortasından yayınan sürücülər üçün 30 manat, fərdi sahibkarlar üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat cərimə nəzərdə tutulur. Cəriməni Dövlət Yol Polisi tətbiq edə bilər.

Xəbər xətti