İmran Xandan 5,8 milyon dollarlıq iddia

10:28 - 2 İyun 2023 - DÜNYA

İmran nüfuzuna dəyən ziyana görə 5,8 milyon dollar tələb etmək niyyətindədir

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistanın keçmiş baş naziri İmran Xan Tvitter səhifəsində yazıb. İmran Xan korrupsiya və çirkli pulların yuyulması ilə bağlı qanunsuz həbslə əlaqədar ona qarşı böhtan və nüfuzuna vurulan ziyana görə 15 milyard rupi (5,8 milyon dollar) iddia qaldırmaq niyyəti barədə Milli Hesabat Bürosunun (NAB) rəhbərini xəbərdar edib. 

İmran Xan bundan əvvəl ölkənin səhiyyə naziri Əbdül Qadir Patelin sağlamlığına böhtan atdığına görə ona qarşı 10 milyard rupilik iddia qaldırmaq niyyətində olduğunu açıqlamışdı.

Xəbər xətti