NATO Ukraynanın Rusiyaya qarşı mübarizədə uğur qazanmasının əsas səbəblərindən biridir - Blinken

06:40 - 2 İyun 2023 - DÜNYA

Ukraynanın rus işğalçılarına qarşı mübarizədə əldə etdiyi uğurun əsas səbəblərindən biri NATO-nun ona dəstək birliyi olub.

Ucnoqta.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra ABŞ dövlət katibi Entoni Blinken deyib. 

"Biz əvvəldən Ukraynanı dəstəkləmək, Rusiya Federasiyasına təzyiq göstərmək, NATO-nu gücləndirmək üçün nə edəcəyimizi demişdik. Dediyimizi etdik və edəcəyik", - Blinken bildirib.

O əlavə edib ki, tərəfdaşlar Rusiya təcavüzü üzərində qələbə çalmasına əmin olmaq üçün Ukraynanı dəstəkləməyə davam edəcəklər.

Xəbər xətti