Messiyə 50 milyonluq daha bir təklif

14:58 - 1 İyun 2023 - İDMAN

"İnter Mayami" Paris Saint-Germain forvardı Lionel Messiyə 4 illik müqavilə təklif edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Məlumata görə, Şimali Amerika Futbol Liqası klubu "İnter Mayami" PSJ və Argentina yığmasının hücumçusu Lionel Messiyə illik 50 milyon dollar dəyərində 4 illik müqavilə təklif edib. Maliyyə baxımından Messinin Səudiyyə Ərəbistanından daha yaxşı təklifi var, lakin o, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını təşviq etmək imkanı ilə maraqlanır.

Xəbər xətti