NATO-nun 700 əsgəri artıq Kosovoya daxil olub

10:07 - 1 İyun 2023 - DÜNYA

NATO-nun 700 əsgəri artıq Kosovoya daxil olub

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq təşkilata üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin qeyri-rəsmi görüşü üçün Osloya gələrkən bildirib. 

"NATO-nun 700 əsgəri artıq qüvvələrimizi dəstəkləmək üçün Kosovoya köçüb. Lakin bu, sülh yolu ilə nizamlanmanın rədd edilməsi demək deyil, NATO Aİ-nin himayəsi altında Belqrad və Priştina arasında danışıqları tam dəstəkləyir", - Stoltenberq bildirib.

"NATO-nun 700 əsgəri artıq Kosovoya daxil olub, lakin bu o demək deyil ki, alyans münaqişənin sülh yolu ilə həllindən imtina edib" - baş katib vurğulayıb.

Xəbər xətti