Göyçayda güclü külək evlərin dam örtüyü uçurdu - FOTO

19:53 - 31 May 2023 - Cəmiyyət

Göyçayda hazırda şiddətli hava şəraiti qeydə alınır.

APA xəbər verir ki, hazırda rayonda güclü küləklə yağış müşahidə olunur. Qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb. Güclü külək və leysan xarakterli yağışlar nəticəsində rayonda bəzi evlərin dam örtüyü, ağaclar aşıb, maşınlar aşan ağacların altında qalıb. İlkin məlumata görə rayonun infrastrukturuna ciddi ziyan dəyib.

İlkin məlumatlara görə bəzi ticarət obyektləri və iş yerlərində yağışın şiddətli olması səbəbindən obyektləri su basıb.


Xəbər xətti