İsrail aviasiyası Fələstin bazasına zərbə endirib

12:58 - 31 May 2023 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi - Baş Komandanlığın Livan-Suriya sərhədi yaxınlığında yerləşən bazasına hücum edib.

Ucnoqta.az xəbər verir ki, Qətər telekanalı olan Əl-Cəzirə hücumun səhər saatlarında baş verdiyini bildirib. Məlumata görə, beş fələstinli döyüşçü həlak olub.

Suriyayönlü Fələstin birləşmələrinə aid olan PFLP-GC bazası Livanın şərqində yerləşir. Sonuncu dəfə israillilər 2019-cu ilin avqustunda dronlarla ona hücum ediblər.

Xəbər xətti