Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.
"Report"un xəbərinə görə, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər.
Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.