Türk serialındakı xəritə ilə bağlı səhv düzəldildi

12:34 - 31 May 2023 - Xəbər

Türkiyənin məşhur “Ben bu cihana sığmazam” serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb.

Ucnoqta.az Olay-a istinadla xəbər verir ki, serialın ötən gün yayımlanan bölümündə dövlət sərhədlərimizdə Naxçıvan Muxtar Respublikası əlavə olunub.

Xatırladaq ki, 32-ci bölümdə Oktay Kaynarcanın oynadığı Cəzayir Türk obrazının ofisində asılan xəritədə Naxçıvan Azərbaycan ərazisi kimi göstərilməmişdi.

Xəbər xətti