Kim Çen In İlham Əliyevi təbrik etdi

14:19 - 30 May 2023 - Xəbər

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Ucnoqta.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.

Fürsətdən istifadə edərək, əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcək.

Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Xəbər xətti