İsrail hərbçiləri şimal sərhədi yaxınlığında pilotsuz təyyarəni vurub

18:31 - 25 May 2023 - DÜNYA

İsrail ordusu şimalda Livandan uçan pilotsuz təyyarənin zərərsizləşdirildiyini açıqlayıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İsrail hərbçilərinin şimal sərhəd bölgəsində Livandan uçan pilotsuz təyyarəni vurduğunu bildirib.

“İsrail Müdafiə Qüvvələrinin əsgərləri Livan ərazisindən İsrail ərazisinə uçan pilotsuz təyyarəni Zarit kəndi istiqamətində aşkar edərək vurublar”, - deyə məlumatda bildirilir.

Xəbər xətti