İsraildə kütləvi etirazlar yenidən başlayıb

22:08 - 1 Aprel 2023 - DÜNYA

Baş nazir Benyamin Netanyahunun layihəni ən azı yaya qədər təxirə salmaq qərarına baxmayaraq, İsrail müxalifəti şənbə gecəsi növbəti dəfə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Tel-Əvivdə keçirilib.

Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyu məşəl və pirotexniki vasitələrlə böyük yürüş keçirib, burada hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər. 

Yürüş şəhərin şərqində, adət-ənənəyə görə, minlərlə insanın mitinqinin keçirildiyi hökumət binaları kompleksinin yaxınlığında başa çatıb.

Nümayiş təşkilatçıları vurğulayıblar ki, onlar bu aksiyaları davam etdirirlər, çünki onlar baş nazirin və onun kabineti üzvlərinin məhkəmə islahatları ilə bağlı kompromis tapmaq üçün fasilə verilməsi ilə bağlı bəyanatlarına inanmırlar.

Xəbər xətti