Deputat iki güllə yarası alıb - Hadisə yerindən GÖRÜNTÜLƏR

23:22 - 28 Mart 2023 - Xəbər

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. 

Evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb, hazırda xəstəxanada əməliyyat olunur.

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Ucnoqta.az-a bildirib ki, sözügedən hadisə ilə bağlı araşdırma davam edir.

“Cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür” - Elşad Hacıyev deyib.

Elşad Hacıyev törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatların yayılmamasını tövsiyyə edib.

Xəbər xətti