Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə saldı

19:38 - 27 Mart 2023 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu yaya qədər təxirə salıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kan” radiostansiyası ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə istinadən məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, Knessetin Konstitusiya, qanunvericilik və ədliyyə komitəsi hakimlərin təyinatı üzrə komissiyanın tərkibində dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini yekun oxunuşlar üçün təsdiqləyib.

Martın 26-da İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar başlayıb - 600 mindən çox insan küçələrə çıxıb.
Qanunvericilik islahatı ondan irəli gəlir ki, parlament çoxluğu Nazirlər Kabinetinin qərarlarını ləğv etmək hüququnu itirəcək Ali Məhkəmənin hakimlərini seçə biləcək.

Xəbər xətti