İranda itkin düşən Azərbaycanlı gəncin anası: “Hazırda İrandayam, ...”

18:51 - 27 Mart 2023 - Cəmiyyət

“Oğlum, 1997-ci il təvəllüdlü Səfərli Fərid Qabil oğlu İrandan Almaniya geri dönmək üçün aldığı təyyarə biletindən istifadə etməyib”.

Bunu Oxu.Az-a açıqlamasında Dilarə Əskərova bildirib. 

Onun sözlərinə görə, oğlunun yaşadığı Yena şəhərinə gedib, polislə danışıb:

“Mənə dedilər ki, Türkiyənin hava yollarından birinə bilet alıb, amma minməyib. Oğlumun yaşadığı evdən kompüterini götürdük, polis parolu açdırdı. Qız barədə məlumatlar verdi.

Daha sonra mən İrana gəldim və qızın çalışdığı iş yerinə getdim, telefon nömrəsinə görə yaşadığı ünvanı dəqiqləşdirmək istədim, alınmadı. Hazırda İrandayam, heç bri məlumat ala bilmirəm”. 

Qeyd edək ki, martın 4-də itkin düşən 26 yaşlı Fərid Səfərli ilə bağlı Xarici İşlər Nazirliyi martın 9-da bu ölkəyə nota verib.

Xəbər xətti