İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib

16:00 - 22 Mart 2023 - Cəmiyyət

 

“Həmin şəxslə profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəxsin kimliyi müəyyən edilib və həmin şəxs məsuliyyətə cəlb olunub:

“Sosial şəbəkələrdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub. R.Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.

Xəbər xətti