Messi polisin köməyi ilə restorandan çıxmalı oldu - yüzlərlə fanatı ... - VİDEO

23:42 - 21 Mart 2023 - MARAQLI

Buenos-Ayresdə Messinin nahar etdiyi restoranı azarkeş izdihamı mühasirəyə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Argentina millisinin lideri axşam yeməyindən sonra maşınına minmək üçün polis və cangüdənlərin köməyinə ehtiyac duyub

Futbolçu Argentinaya martın 23-də Panama ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi qayıdıb. Bu, argentinalıların Qətərdə keçirilən dünya çempionatından sonra ilk oyun olacaq.

35 yaşlı Messi həyat yoldaşı və üç uşağı ilə bazar ertəsi səhər Buenos-Ayresə uçub. Hücumçu millinin heyətində məşq edib, axşam isə ailəsi ilə yerli “Don Julio” restoranına şam yeməyinə gedib.

Messinin şam yeməyinə gəldiyi xəbəri yayılan kimi yüzlərlə fanat restoranın qarşısına toplaşaraq yeddiqat “Qızıl top”un sahibini görmək ümidi ilə onun adını bayırda çağırıblar.

Messi gecə saat ikiyə qədər restoranı tərk etməyib, polis azarkeşləri sakitləşdirmək üçün gəlib. Futbolçu izdihamın arasından çətinliklə keçərək avtomobilinə yaxınlaşıb, ona polis və cangüdənlər kömək ediblər.

Xəbər xətti