"Freddi" siklonu Afrikada 450-dən çox insanın həyatına son qoyub

13:42 - 18 Mart 2023 - DÜNYA

Afrikanın cənub-şərqində "Freddi" tropik siklonu 463 nəfərin həyatına son qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb. Məlumata görə, ən böyük ziyan 360 nəfərin öldüyü Malaviyə dəyib.

Maddi itkilər, o cümlədən minlərlə evin və digər tikililərin dağıdılması nəticəsində ilkin olaraq on milyardlarla dollar dəyərində qiymətləndirilir.

"Freddi" Avstraliyanın şimal-qərbində Hind okeanında yaranıb və 38 gün davam edib, martın 14-ü axşam saatlarında dağılıb.
Bu, planetin bu hissəsində indiyə qədər qeydə alınan ən uzun siklon oldu. Freddi episentrində küləyin maksimal sürəti 62,6 m/s-ə çatıb. 8000 km-dən çox yol qət edən siklon Mavrikiy, Madaqaskar, Malavi və Mozambikə təsir edib.

Xəbər xətti