B-21 bombardmançı təyyarəsinin uçuşu təxirə salınıb

09:46 - 18 Mart 2023 - DÜNYA

ABŞ B-21 bombardmançı təyyarəsəinin ilk uçuşu bir neçə ay gecikir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) katibi Frenk Kendalın bəyanatına istinadən “Defence News” məlumat yayıb.

"Biz proqramı idarə etmək üçün istifadə etdiyimiz ilkin cədvəldən bir neçə ay geri qalırıq" - Kendal deyib.

Buna baxmayaraq, Northrop Grumman Corporation nəşrə bildirib ki, B-21-in ilk uçuşu 2023-cü ildə baş tutmalıdır. "Proqram maya dəyəri, qrafiki və istehsalın sürəti baxımından hökumətin baza səviyyəsinə uyğun olaraq qalır", - şirkətdən bildiriblər.

Xəbər xətti