Mərkəzi Gömrük Hospitalına baş həkim təyin olunub

16:40 - 17 Mart 2023 - Xəbər

Tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunub.

Bəxtiyar Musayev1982-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika I fakültəsini bitirib.

B. Musayev həkim 1984-1989-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının ET Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, 1989-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ET Qastroenterologiya İnstitutunda kiçik, daha sonra baş elmi işçi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Topçubaşov adına ET Kliniki Təbabət İnstitutunda böyük elmi işçi, 2000-2018-ci illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah kimi çalışıb.

Xəbər xətti