Zəlzələnin 9-cu günü dağıntılar altından 18 yaşlı gənc çıxarıldı - Video

10:25 - 14 Fevral 2023 - DÜNYA

Türkiyənin Adıyaman vilayətində xilasedicilər 197 saat dağıntılar altında qalan 18 yaşlı Məhəmməd Çətin adlı yeniyetmənin xilas edilməsi üçün çalışırlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı TRT telekanalı canlı yayımda məlumat verir.

Axtarış-xilasetmə əməliyyatında iştirak edən şaxtaçılar gecə saatlarında 6 mərtəbəli binanın dağıntıları altından səs eşidiblər. Onlar bir neçə saat ərzində gənci beton qalaq altından çıxarmaq üçün ona yol açdılar.

Bildirilir ki, Muhammet çökmə zamanı binanın üçüncü mərtəbəsində olub. Xilasedicilər 198 saat sonra Məhəmməd Çətini dağıntılar altından xilas ediblər.

Xəbər xətti