Kim Çen In qızı ilə "taktiki nüvə qüvvələri"nin olduğu paradda iştirak edib

08:21 - 9 Fevral 2023 - DÜNYA

 Şimali Koreya lideri Kim Çen Inın qızı atası ilə birlikdə Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümü münasibətilə keçirilən hərbi paradda iştirak edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı "Koreya səsi" radiosu məlumat yayıb. Məlumata görə, paradda “taktiki nüvə qüvvələri” bölmələrin və  qitələrarası ballistik raketlər nümayiş etdirilib. 

KXDR liderinin qızı son vaxtlar bütün mühüm tədbirlərdə atasını müşayiət edir ki, bu da bütün dünya üzrə müşahidəçilərin marağına səbəb olur.

Paradda nümayiş etdirilən xüsusi silah növləri ilə bağlı təfərrüatlar verilmir. Yalnız qeyd olunur ki, parada “taktiki raketlərin ekipajları, uzaqmənzilli qanadlı raketlər, taktiki nüvə qüvvələrinin hissələri və ballistik” cəlb olunub.

Xəbər xətti