Rusiya FHN xilasediciləri Suriyaya çatıb

13:03 - 7 Fevral 2023 - DÜNYA

Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi xilasedicilər, kinoloqlar və xüsusi texnika ilə birlikdə zəlzələdən zərər çəkmiş Suriyaya gəlib.

Ucnoqta.az xəbər verir ki, təyyarənin göyərtəsində 50 nəfər, eləcə də dağıntılar altından insanların axtarışı və xilas edilməsi üçün lazım olan avadanlıqlar var.

Xatırladaq ki, Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 769-a yüksəlib, qərb və şimalda yerləşən Hələb, Latakiya, Tartus, Hama və İdlib əyalətlərində isə ən azı 1448 nəfər yaralanıb.

Xəbər xətti