ABŞ Federal Aviasiya İdarəsi (FAA) ölkənin cənub-şərq hissəsində Çin meteoroloji zondu yerləşə biləcəyi hava məkanını bağlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə FAA-nın yaydığı məlumatda deyilir.
Məlumata görə, Şimali Karolina və Cənubi Karolina ştatları üzərində hava məkanının bir hissəsi bağlanacaq.
"Bu zonada təyyarələrin istismarı qadağandır", - məlumatda bildirilir.