Ronaldo "Əl Nəsr"in heyətində ilk qolunu vurdu

21:22 - 3 Fevral 2023 - İDMAN

Kriştano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr"in heyətində ilk qolunu vurub.

Ucnoqta.az xəbər verir ki, futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 15-ci turu çərçivəsində səfərdə “Əl-Fate”lə qarşılaşan “Əl-Nəsr” səfərdə 2:2 hesabı ilə bərabərə qalıb.

“Əl-Nəsr”ın qollarını Anderson Taliska (42-ci dəqiqə) və Kriştiano Ronaldo (90+3, penaltidən), “Əl-Fate”ın heyətində Kristian Tello (12) və Sofian Bendebka (58) vurub. 

 Portuqaliyalı daha əvvəl Fransanın PSJ futbol klubu ilə Ər-Riyadın ulduz komandası arasında keçirilən sərgi oyununda (5:4) iki dəfə fərqlənib.

“Əl-Nəsr” 15 oyundan sonra 34 xalla Səudiyyə Ərəbistanı liqasının cədvəlinə başçılıq edir. “Əl-Fat” 22 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti matçda fevralın 9-da “Əl-Nəsr” səfərdə “Əl-Vehda”la qarşılaşacaq.

Xəbər xətti