Aİ 2022-ci ildə Ukraynadan 45 milyon ton taxıl ixrac edib

19:22 - 3 Fevral 2023 - DÜNYA

Avropa İttifaqı 2022-ci ildə Ukraynadan quru və çay yolu ilə 45 milyon ton taxıl ixrac edib, 23 milyon ton zəruri mallar isə geri idxal edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kiyevdə keçirilən Aİ-Ukrayna sammitinin cümə günü qəbul olunmuş birgə bəyanatında deyilir.

Bu ixrac Ukraynaya demək olar ki, 20 milyard avro ixrac mənfəəti əldə etməyə imkan verib. Sammit iştirakçıları Ukraynaya və Ukraynadan tədarükləri maksimum dərəcədə artırmaq üçün sərhəd nəqliyyat infrastrukturunun, xüsusən də dəmiryolunun imkanlarını genişləndirmək üçün nəqliyyat operatorlarına prioritet maliyyə dəstəyi göstərməyə razılaşıblar.

Xəbər xətti