"Whatsapp"da hər kəsin gözlədiyi yeni funksiya

12:04 - 3 Fevral 2023 - DİGƏR

Məşhur "WhatsApp" messencerində söhbətlərlə bağlı yeni funksiya olacaq.

Ucnoqta.az "WABetaInfo"ya istinadən xəbər verir ki, messencer istifadəçiləri şəxsi yazışmalarda və qrup çatlarında mesajları sancaqlaya biləcəklər. Yenilik Android cihazları üçün WhatsApp beta 2.23.3.17 versiyasında aşkarlanıb.

Qeyd olunur ki, yeni funksiya sayəsində söhbət iştirakçıları mühüm mesajları asanlıqla və tez tapa biləcəklər. Bu funksiyanın bütün WhatsApp istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

Bundan əvvəl məlum olub ki, “WhatsApp” sizə fotoşəkilləri orijinal keyfiyyətində göndərməyə imkan verəcək. Tətbiqdə müvafiq simvol görünəcək, onun vasitəsilə istifadəçilər göndərərkən şəklin keyfiyyətini seçə biləcəklər.

Emin

Xəbər xətti