Mbappe Çempionlar Liqasında “Bavariya” ilə qarşılaşmanı buraxa bilər

19:42 - 2 Fevral 2023 - İDMAN

PSJ-nin fransalı hücumçusu Kilian Mbappe ombasından aldığı zədə səbəbindən üç həftəyə qədər meydana çıxa bilməyəcək 

Ucnoqta.az xəbər verir ki, Kilian Mbappe PSJ-nin "Tuluza", "Marsel" və "Monako" ilə qarşıdakı matçlarında iştirak etməyəcək. Hücumçunun fevralın 14-də “Bavariya” ilə ilk oyunda iştirakı şübhə altındadır.

Mbappe fevralın 1-də Fransa çempionatında "Monpelye"yə 3:1 hesabı ilə qalib gəldikləri oyunun 21-ci dəqiqəsində rəqiblə toqquşmadan sonra dizində və ombasında şiddətli ağrılar səbəbindən əvəzlənib.

Emin

Xəbər xətti